Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana 21 719,68 ABŞ dolları dəyərində 29 426,17 ton düyü idxal edilib.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk altı ayında ölkəyə idxal edilən düyünün dəyəri 13,1%, həcmi isə 19,2% azalıb.
Qeyd edək ki, bu ilin yanvar-iyun ayları ərzində düyü idxalı Azərbaycanın ümumi idxalının 0,40%-nə bərabər olub.