Azərbaycan düyü idxalını azaldıb

Azərbaycan düyü idxalını azaldıb
# 17 may 2021 17:40 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycana 14 937,31 ABŞ dolları dəyərində 20 860,17 ton düyü idxal edilib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk dörd ayında ölkəyə idxal edilən düyünün dəyəri 5,4% artıb, həcmi isə 2% azalıb.

Qeyd edək ki, bu ilin yanvar-aprel ayları ərzində düyü idxalı Azərbaycanın ümumi idxalının 0,42%-nə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR