Azərbaycan ət və süd idxalını azaldıb

Azərbaycan ət və süd idxalını azaldıb
# 16 iyun 2021 10:44 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycana 25 808,74 min dollar dəyərində 14 683,44 ton ət idxal edilib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu, ötən ilin eyni dövrünün göstəricisindən müvafiq olaraq dəyər ifadəsində 36,1%, həcm göstəricisi üzrə isə 35% azdır.

Cari ilin ilk beş ayında ölkəyə 4 773,10 min dollar dəyərində (azalma 39,3%) 3 203,71 ton (azalma 27,7%) süd idxal olunub.

Bununla yanaşı, ölkəyə 32 738,25 min dollar dəyərində 6 726,03 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub ki, bu da müvafiq olaraq 8,7% və 6,6% azdır.

Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 213,7 min ton ət, 874,7 min ton süd istehsal edilib. Ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3%, süd istehsalı isə 1,8% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR