Azərbaycan fermerlərinə 121 mln. manatdan çox əkin subsidiyası ödənilib

Azərbaycan fermerlərinə 121 mln. manatdan çox əkin subsidiyası ödənilib
# 06 may 2021 14:56 (UTC +04:00)

Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən monitorinqləri başa çatmış daha 44 038 torpaq sahəsi üzrə (parsel) 30 715 fermerə payızlıq əkinlərə görə subsidiya ödənilib.

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, son ödəmə üzrə Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən fermerlərin kartlarına 7 919 101 manat subsidiya köçürülüb.

Bununla da 2020-ci ilin payız əkinlərinə görə 294 499 fermerə 121 mln. manatdan artıq subsidiya ödənilib. Bu da payız əkinlərinə görə EKTİS-də subsidiya müraciəti formalaşmış fermerlərin 96%-i deməkdir.

Ümumilikdə yanvar ayının 31-dək 306 mindən artıq fermer payızlıq əkinlərlə bağlı subsidiya almaq üçün elektron qaydada müraciət edib. Fermerlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) 591 027 bəyan daxil ediblər. Bəyan olunmuş sahələrin ümumi sahəsi 969 205 hektar təşkil edir.

Hazırda 3 000 nəfərə yaxın fermerin sahəsində monitorinqlər bitmək üzrədir. 3 183 fermerin torpaq sənədləri isə təhlil edilir. 5 107 fermerə isə yeni “Fermer kartı” sifariş edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR