Azərbaycan kartof istehsalını artırıb

Azərbaycan kartof istehsalını artırıb
# 16 noyabr 2021 11:11 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı təsərrüfatlarda 1 007 287 ton kartof istehsal olunub.

APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 2,6% artıb.

Hesabat dövründə ölkədə 56,1 min hektar sahədə kartof əkilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 0,8% azdır.

Bununla yanaşı, cari ilin 10 ayında kartof yığımında məhsuldarlıq 180 sentner təşkil edib. Bu, ötən ilin müvafiq göstəricisindən 7 sentner və ya 4% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR