Azərbaycan Krasnoyarskdan taxıl idxal edən ölkələrin ilk beşliyinə daxil olub

Azərbaycan Krasnoyarskdan taxıl idxal edən ölkələrin ilk beşliyinə daxil olub
# 06 iyul 2021 12:08 (UTC +04:00)

Azərbaycan Rusiyanın Krasnoyarsk diyarından taxıl idxal edən ölkələrin ilk beşliyinə daxil olub.

"APA-Economics" bölgə üzrə Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətin ("Rosselxoznadzor”) yaydığı məlumata istinadən xəbər verir ki, ilin əvvəlindən Azərbaycana 1,2 min ton taxıl ixrac edilib.

Ümumilikdə, bu müddət ərzində Krasnoyarsk diyarından 160 min tondan çox taxıl və kolza məhsulu ixrac edilib ki, bu da ötən ilin eyni göstəricisini 5% üstələyir. İxracın əsas həcmi buğdanın (106,9 min ton), kolzanın (42,7 min ton) və yulafın (8,7 min ton) payına düşür.

Krasnoyarsk taxılının və kolza toxumunun əhəmiyyətli hissəsi Monqolustana (97,9 min ton taxıl və 0,5 min ton kolza), Çinə (9,8 min ton taxıl və 19,3 min ton kolza), Belarusa (22,7 min ton kolza), Qazaxıstana (6,7 min ton taxıl) və Azərbaycana (1,2 min ton taxıl) ixrac olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR