Azərbaycan meyvə-tərəvəz ixracını 3%-dən çox azaldıb

Azərbaycan meyvə-tərəvəz ixracını 3%-dən çox azaldıb
# 07 sentyabr 2021 11:16 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 364,7 mln. ABŞ dolları dəyərində meyvə-tərəvəz məhsulları ixrac edib.

"APA-Economics"in məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın sentyabr sayında deyilir. Beləliklə, ötən ilin göstəriciləri ilə müqayisədə dəyər ifadəsində bu ilin səkkiz ayında ölkənin meyvə-tərəvəz ixracı təxminən 3,1% azalıb.

Qeyd edək ki, meyvə-tərəvəz ixracı qeyri-neft sektoru üzrə ixracın əsas payını – təxminən 23%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR