Azərbaycan ötən il mal-qaranın peyvəndlənməsinə 9 mln. manat xərcləyib

Azərbaycan ötən il mal-qaranın peyvəndlənməsinə 9 mln. manat xərcləyib
# 31 avqust 2021 11:15 (UTC +04:00)

Ötən il Azərbaycanda xırda və iribuynuzlu heyvanların peyvəndlənməsinə 9 mln. manatdan çox vəsait xərclənib.

Bunu "APA-Economics"ə Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev deyib.

Onun sözlərinə görə, istisna deyil ki, cari ildə də peyvəndlənmə eyni rəqəm civarında olacaq, lakin bu, aparılan seromonitorinqlərdən sonra bəlli olacaq.

"Hazırda Azərbaycanda xırdabuynuzlu heyvanların sayı 7,6 mln. baş, iribuynuzlu heyvanların sayı isə 2,5 mln. baş təşkil edir. Ümumilikdə, il ərzində heyvanlara 33,5 mln. ədəd vaksin vurulub. Bu, o deməkdir ki, il ərzində bir heyvana 3,3 ədəd vaksin vurulur", - deyə M. Əliyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR