Azərbaycan pambıq ixracını iki dəfədən çox artırıb

Azərbaycan pambıq ixracını iki dəfədən çox artırıb
# 16 iyun 2021 15:15 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycandan 129 083,04 min ABŞ dolları dəyərində pambıq ixrac olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 2,1 dəfədən çox artıb.

Cari ilin ilk beş ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 1,74%-ə bərabər olub.

Hesabat dövründə ölkədən 109 370,49 min dollar dəyərində 72 716,08 ton pambıq lifi ixrac olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq dəyər göstəricisi üzrə 2,2 dəfə, həcm göstəricisi üzrə isə 2 dəfə üstələyir.

Cari ilin yanvar-may ayları ərzində ölkədən 17 839,61 min dollar dəyərində (artım 93,2%) 6 462,96 ton (artım 57,3%) iplik pambıq ixrac olunub.

Pambıq idxalının dəyəri 1 975,96 min dollar olub ki, bu da ötən ilin müvafiq göstəricisindən 18,5% azdır. Bu ilin ilk beş ayı üzrə pambığın ümumi idxalda xüsusi çəkisi 0,04% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR