Azərbaycan qarğıdalı idxalını kəskin azaldıb

Azərbaycan qarğıdalı idxalını kəskin azaldıb
# 18 iyun 2021 13:30 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində Azərbaycana 8 835,04 min ABŞ dolları dəyərində 19 437,10 ton qarğıdalı idxal olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 22,3%, həcm ifadəsində isə 47,6% azdır.

Aprel ayı ilə müqayisədə isə bu ilin mayında sözügedən məhsulların ölkəyə idxalı dəyər ifadəsində 83,6%, həcm ifadəsində isə 85,1% azalıb.

Qeyd edək ki, bu ilin ilk beş ayında qarğıdalı idxalının ümumi idxalda payı 0,20% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR