Azərbaycan qarpızları Kalininqrada buraxılmayıb

Azərbaycan qarpızları Kalininqrada buraxılmayıb
# 08 iyul 2021 17:03 (UTC +04:00)

Azərbaycandan gətirilən qarpızlar Rusiyanın Kalininqrad vilayətinin Çernışevskoye sərhəd-keçid məntəqəsindən ölkə ərazisinə buraxılmayıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor”) Kalininqrad vilayəti üzrə şöbəsindən bildirilib.

Qeyd olunub ki, fərdi şəxs tərəfindən gətirilən qarpızlar geri qaytarılıb.

Qaydalara əsasən, fitosanitar sertifikatı ilə müşayiət olunmadan Rusiya Federasiyası ərazisinə ümumi çəkisi beş kiloqramdan artıq olmayan qarpız, yemiş və balqabağın idxalına icazə verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR