Azərbaycan Rusiyadan ən çox süd və süd məhsulları idxal edən ölkələr sırasındadır

Azərbaycan Rusiyadan ən çox süd və süd məhsulları idxal edən ölkələr sırasındadır
# 20 avqust 2021 12:16 (UTC +04:00)

Azərbaycan Rusiyadan ən çox süd və süd məhsulları idxal edən ölkələr sırasına daxil olub.

APA-Economics”in xəbərinə görə, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor”) yaydığı məlumatda bildirilir ki, bu ilin əvvəlindən 8 avqust tarixinə qədər Rusiyadan ümumilikdə 122,5 min ton süd və süd məhsulları ixrac edilib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 59% çoxdur.

Hesabat dövründə (1 yanvar - 8 avqust 2021-ci il tarixində) bu kateqoriya malların əsas alıcıları Ukrayna (31,6 min ton), Qazaxıstan (28,8 min ton), Azərbaycan (15,7 min ton), Belarus (10,9 min ton) və Özbəkistan (3,8 min ton) olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR