Azərbaycan şəkər ixracını 76% artırıb

Azərbaycan şəkər ixracını 76% artırıb
# 21 avqust 2021 13:30 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 40 134,48 ton şəkər ixrac edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 76,2% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2021-ci ilin ilk yeddi ayında ölkədən 20 804,36 min ABŞ dolları dəyərində şəkər ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,2 dəfədən çoxdur.

Cari ilin yanvar-iyul aylarında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,18%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1,54%-ə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR