Azərbaycan şəkər ixracını kəskin artırıb

Azərbaycan şəkər ixracını kəskin artırıb
# 16 iyun 2021 15:03 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycan 31 670,16 ton şəkər ixrac edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfədən çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, 2021-ci ilin ilk beş ayında ölkədən 16 255,02 min ABŞ dolları dəyərində şəkər ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,7 dəfə çoxdur.

Cari ilin yanvar-may aylarında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,22%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1,79%-ə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR