Azərbaycan Stavropol emal müəssisələrinin məhsullarını idxal edən ölkələrin ilk üçlüyünə daxil olub

Azərbaycan Stavropol emal müəssisələrinin məhsullarını idxal edən ölkələrin ilk üçlüyünə daxil olub
# 10 iyul 2021 12:17 (UTC +04:00)

Azərbaycan Stavropol diyarının emal müəssisələrinin məhsullarını idxal edən ölkələrin ilk üçlüyünə daxil olub. “APA-Economics” qida və emal sənayesi üzrə Stavropol regional komitənin yaydığı məlumata istinadən xəbər verir ki, bu ilin ilk altı ayında ixracatın ümumi həcmi dəyər ifadəsində 107 mln. ABŞ dolları təşkil edib ki, bu da illik proqnozun təqtibən yarısıdır. Xarici bazarlarda yerli yağ və yağ məhsulları populyarlığını qoruyur. Bu günədək bu məhsul kateqoriyası üzrə ixracat 27 mln. dollar təşkil edib, tədarük olunan ümumi məhsulların həcmi isə 327% artıb.
Hesabat dövründə 55 mln. dollar dəyərində ət və süd məhsulları tədarük edilib. Makaron, quru tərəvəz, toxum, heyvan yemi satışından isə 10 mln. dollardan çox gəlir əldə edilib.
Məhsulların böyük əksəriyyəti Azərbaycan, Çin və Səudiyyə Ərəbistanına tədarük olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR