Azərbaycan və Rusiya aqrar məhsulların qarşılıqlı tədarükünü artırmaq niyyətindədir

Azərbaycan və Rusiya aqrar məhsulların qarşılıqlı tədarükünü artırmaq niyyətindədir
# 17 noyabr 2021 10:23 (UTC +04:00)

Rusiya və Azərbaycan kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükünün artırılması məsələsini müzakirə edib.

"APA-Economics" Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir ki, qeyd olunan məsələyə "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvertlə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbəri Qoşqar Təhməzli ilə görüşü zamanı baxılıb.

Tərəflər Rusiya-Azərbaycan sərhədindən (Yagar-Kazmalyar avtomobil buraxılış məntəqəsi və Viaduk gömrük-logistika terminalı) nəzarət edilən malların keçirilməsi prosedurunun sürətləndirilməsi məsələsini də müzakirə ediblər.

Yaxın vaxtlarda hər iki ölkənin gömrük orqanlarının nümayəndələrinin iştirakı ilə tərəflərin əlavə danışıqlarının aparılması təklif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR