Azərbaycana gübrə idxalı azalıb

Azərbaycana gübrə idxalı azalıb
# 20 avqust 2021 17:18 (UTC +04:00)

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana 33 678,52 min ABŞ dolları dəyərində 106 976,48 ton gübrə idxal olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 41,3%, həcm ifadəsində isə 46,2% azdır.


Ötən ilin ayı ilə müqayisədə isə bu ilin iyununda sözügedən məhsulların ölkəyə idxalı dəyər ifadəsində 28%, həcm ifadəsində 27% artıb.


Qeyd edək ki, bu ilin yeddi ayında gübrə idxalının ümumi idxalda payı 0,53% təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 0,44 faiz bəndi azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR