Azərbaycanda mobil laboratoriya vasitəsilə yerində torpaq, su, bitki və gübrələrin analizi aparılacaq

Azərbaycanda mobil laboratoriya vasitəsilə yerində torpaq, su, bitki və gübrələrin analizi aparılacaq

© APA | Toğrul Qafarbəyli

# 09 iyun 2021 12:29 (UTC +04:00)

Aqrar Xidmətləri Agentliyinin mütəxəssisləri mobil laboratoriya tətbiq etməklə, yerində torpaq, su, bitki və gübrə analizini aparacaqlar.

Bunu "APA-Economics"ə Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Toğrul Qafarbəyli deyib.

Onun sözlərinə görə, bu imkan sabah keçiriləcək 14-cü "Caspian Agro" beynəlxalq kənd təsərrüfatı sərgisində nümayiş olunacaq: "Sərginin keçiriləcəyi günlər ərzində toxumların səpilməsi və dərmanların keyfiyyətini yoxlamaq imkanı olacaq. Bununla yanaşı, mikrobioloji və molekulyar analizlərin də aparılması nəzərdə tutulur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR