Azərbaycanda özəl baytarlıq xidmətinin nə vaxt tam fəaliyyətə başlayacağı açıqlanıb

Mirzə Əliyev

© APA | Mirzə Əliyev

# 31 avqust 2021 11:08 (UTC +04:00)

Bu ilin sentyabrın 1-dən Azərbaycanın 6 şəhər və rayonunda (Şəki, Zaqatala, Qax, Balakən, Oğuz və Qəbələdə) 95 baytarlıq məntəqəsi özəl fəaliyyətlə xidmətə başlayacaq.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev deyib.

Onun sözlərinə görə, 1 oktyabr tarixinədək 546 məntəqəni əhatə edən daha 43 rayonda bu proses gedəcək: "Daha sonra isə 157 məntəqəni əhatə edən 13 rayon əhatə olunacaq. Beləliklə, 1 noyabr tarixindən ölkədə özəl baytarlıq tam olaraq fəaliyyətə başlayacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR