Azərbaycanda pambıq istehsalı azalıb

Azərbaycanda pambıq istehsalı azalıb
# 16 noyabr 2021 11:09 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı təsərrüfatlarda 183 917 ton pambıq istehsal olunub.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 20,9% azalıb.

Hesabat dövründə ölkədə 73,7 min hektar sahədə pambıq əkilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 26,5% azdır.

Bununla yanaşı, cari ilin 10 ayında pambıq yığımında məhsuldarlıq 25 sentner təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR