Azərbaycanda taxıl biçinində kombaynlara GPS-lə nəzarət olunacaq

Azərbaycanda taxıl biçinində kombaynlara GPS-lə nəzarət olunacaq
# 08 may 2021 12:41 (UTC +04:00)

Azərbaycanda taxıl biçin zamanı düzgün dislokasiya planının qurulması məqsədilə kombaynlar GPS nəzarət sistemi ilə təchiz olunur.

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tətbiq edilən nəzarət sistemi biçin zamanı operativliyin təmin edilməsi, prosesə nəzarət edilməsi və şəffaf idarəetmə mexanizminin qurulmasına imkan yaradacaq.

May ayının sonundan etibarən ölkədə taxıl biçininə başlanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR