Azərbaycandan Rusiyaya ixrac edilən meyvə-tərəvəzlərə ştrix kodlar tətbiq oluna bilər

Azərbaycandan Rusiyaya ixrac edilən meyvə-tərəvəzlərə ştrix kodlar tətbiq oluna bilər
# 03 dekabr 2021 10:44 (UTC +04:00)

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) iki ölkənin fitosanitar xidmətlərinin informasiya sistemlərini birləşdirərkən meyvə-tərəvəz qablarının etiketlənməsi zamanı GS1 ştrix kodlaşdırma standartlarına keçməyi təklif edib.

"APA-Economics" "Rosselxoznadzor"un yaydığı məlumata istinadən xəbər verir ki, bu kodlaşdırma ilə bağlamaya ştrix-kod tətbiq edilir, onu oxuyarkən yük haqqında əsas məlumatları, xüsusən də onun istehsalçısı, istehsal tarixi və bir sıra digər məlumatları əldə etmək üçün imkan yaranır.

Qeyd olunub ki, hazırda iki ölkədən tənzimlənən məhsulların qarşılıqlı tədarükündə belə kodlaşdırma sistemindən istifadə edilmir və mallara yalnız onlar haqqında əsas məlumatları ehtiva edən etiket tətbiq olunur. Bildirilib ki, bu məsələyə AQTA tərəfindən müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR