Azərbaycandan Rusiyaya ixrac olunan 19 tona yaxın nektarin geri qaytarılıb

Azərbaycandan Rusiyaya ixrac olunan 19 tona yaxın nektarin geri qaytarılıb
# 03 sentyabr 2021 12:01 (UTC +04:00)

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Qafqaz Bölgələrarası İdarəsi tərəfindən Azərbaycandan gətirilən 18,7 ton nektarin partiyasına fitosanitar nəzarəti zamanı qonur monilioz çürük (Monilinia fructicola) aşkarlanıb.

"APA-Economics" "Rosselxoznadzor"un yaydığı məlumata istinadən xəbər verir ki, meyvələrdə monilioz çürüyünün olması Dağıstan şöbəsinin laboratoriya rəyi ilə təsdiqlənib.

Bununla bağlı Rusiya Federasiyasının fitosanitar qanunvericiliyinə uyğun olaraq tədbirlər görülüb və mallar Azərbaycana geri qaytarılıb.

Xatırladaq ki, avqustun 30-da "Rosselxoznadzor" mütəxəssisləri tərəfindən İrandan gələn 19,5 ton nektarin partiyasına keçirilən baxış zamanı da qonur monilioz çürüyü aşkar edilmişdir. Dağıstanda sözügedən karantin obyekti ilk dəfə aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR