Azərbaycanın altı rayonunda toxum sərgi-satış yarmarkası keçiriləcək

Azərbaycanın altı rayonunda toxum sərgi-satış yarmarkası keçiriləcək
# 24 avqust 2021 11:30 (UTC +04:00)

Azərbaycanın altı rayonunda toxum sərgi-satış yarmarkaları keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, toxum istehsalı üzrə respublikada torpaq iqlim zonaları və inzibati rayonlarının zonalar üzrə bölündüyünü nəzərə alaraq toxum sərgi-satış yarmarkaları sentyabrın 1-də Şamaxıda, 3-də Şəkidə, 6-da Ağcabədidə, 8-də Saatlıda, 10-da Cəlilabadda, 13-də isə Xaçmazda təşkil olunacaq.

Yarmarkalarda, əsasən, arpa, buğda və tərəvəz toxumları nümayiş etdiriləcək.

Sərgi-yarmarka çərçivəsində, milli toxum ehtiyatının inkişafı, xaricdən toxum asılılığını azaldılması və digər mövzular üzrə müzakirələr aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR