Azərbaycanın aqrar sektoru növbəti dörd ildə ortalama 4% böyüyəcək - PROQNOZ

Azərbaycanın aqrar sektoru növbəti dörd ildə ortalama 4% böyüyəcək - PROQNOZ
# 05 noyabr 2021 13:33 (UTC +04:00)

2022-2025-ci illərdə Azərbaycanın kənd təsərrüfatı sektorunda orta hesabla 4% ətrafında artım proqnozlaşdırılır.

"APA-Economics" məlumatına görə, bu, Azərbaycan Respublikası dövlət büdcəsinin 2022-ci il və növbəti üç il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əks olunub.

Sahə üzrə 2022-ci ildə bu göstərici 4%, 2023-cü ildə – 3,8%, 2024-cü ildə – 3,9%, 2025-ci ildə isə 4,1% təşkil edəcəyi proqnozlaşdırılır.

Gələn il kənd, meşə və balıqçılıq təsərrüfatı üzrə 10 562,8 mln. manat gəlirin əldə olunacağı gözlənilir. Bu göstərici 2023-cü ildə 11 275,8 mln. manat, 2024-cü ildə – 12 031,6 mln. manat, 2025-ci ildə isə 12 850,4 mln. manata çatacağı ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR