Azərbaycanın çay idxalı ixracı 14 dəfəyədək üstələyir

Azərbaycanın çay idxalı ixracı 14 dəfəyədək üstələyir
# 17 iyul 2021 14:54 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan ümumi dəyəri 4 204,07 min ABŞ dolları dəyərində 554,87 ton çay ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin ilk altı ayında ölkədən ixrac edilən çayın dəyəri 11,8%, həcmi isə 21,3% azalıb.

Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,05%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,36%-ə bərabər olub.

Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 31 571,94 min dollar dəyərində 7 619,12 ton çay idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalının dəyəri 15%, həcmi isə 11,2% artıb.

Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,55% təşkil edib.

Cari ilin yanvar-iyun aylarında (ötən ilin eyni göstəricisi ilə müqayisədə) ölkənin çay idxalı ixracı dəyər ifadəsində 7,5 dəfə, həcm ifadəsində isə 13,7 dəfədən çox üstələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR