Azərbaycanın pambıq ixracından gəlirləri iki dəfədən çox artıb

Azərbaycanın pambıq ixracından gəlirləri iki dəfədən çox artıb
# 17 iyul 2021 16:31 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan 148 702,04 min ABŞ dolları dəyərində pambıq ixrac olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 2 dəfədən çox artıb.

Cari ilin ilk altı ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 1,69%-ə bərabər olub.

Hesabat dövründə ölkədən 122 955,95 min dollar dəyərində 81 417,25 ton pambıq lifi ixrac olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq dəyər göstəricisi üzrə 2 dəfədən çox, həcm göstəricisi üzrə isə 84,9% üstələyir.

Cari ilin yanvar-iyun ayları ərzində ölkədən 23 620,89 min dollar dəyərində (artım 2,4 dəfəyədək) 8 417,07 ton (artım 79,8%) iplik pambıq ixrac olunub.

Pambıq idxalının dəyəri 2 597,12 min dollar olub ki, bu da ötən ilin müvafiq göstəricisindən 9% azdır. Bu ilin ilk beş ayı üzrə pambığın ümumi idxalda xüsusi çəkisi 0,05% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR