Belarus və Azərbaycan bu il Rusiyaya ağ şəkərin əsas tədarükçüləri olub

Belarus və Azərbaycan bu il Rusiyaya ağ şəkərin əsas tədarükçüləri olub
# 12 iyun 2021 14:41 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayların nəticələrinə görə, Rusiya Federasiyasına ağ şəkərin əsas tədarükçüləri yenidən Belarus və Azərbaycan olub.

"APA-Economics" xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidmətinin hesabatında deyilir.

Qeyd olunur ki, 4 ayın nəticələrinə görə, Rusiyaya 39,4 min ton məhsul idxal edilib, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 26,5% azdır.

Hesabat dövrünün nəticələrinə görə, tədarükün 97,91%-i Belarusun, 0,75%-i Azərbaycanın payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR