Bioyanacağa artan tələbat ərzağın qlobal bahalaşmasına səbəb olub

Bioyanacağa artan tələbat ərzağın qlobal bahalaşmasına səbəb olub
# 21 may 2021 10:44 (UTC +04:00)

Bioyanacağa kəskin artan tələbat dünyada bütün ərzaq məhsullarının bahalaşmasına səbəb olub.

"APA-Economics"in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi yazır.

Məlumata görə, dünyanın böyük enerji şirkətləri tərəfindən aktiv şəkildə bitki yanacaqlarının istehsalı lobya, qarğıdalı və digər məhsullara tələbatı kəskin artırıb və bu da, öz növbəsində, ərzaq məhsullarının bahalaşması ilə nəticələnib.

Qeyd olunur ki, qida məhsulları dünyanın bütün ölkələrində bir qədər də bahalaşa bilər. Buna iqlim dəyişikliyi ilə mübarizə proqramları təsir göstərir.

Enerji şirkətləri bitki və heyvan yağlarının, dənli bitkilərin, lobya, şəkərin emalından əldə edilən yanacaq həcmini artırarkən, qida birjalarında qiymətlər sürətlə yüksəlir.

Xüsusilə soya və palma yağı və qarğıdalıya olan yüksək tələbat son bir ildə bu məhsulları iki dəfə bahalaşdırıb. Şəkərin də qiyməti iki dəfəyə yaxın artıb.

Qida məhsullarının qiymətləri – heyvan yemindən şokoladadək – 7 ilin ən yüksək həddinə çatıb.

ABŞ-ın "JPMorgan Chase" bankı yazır ki, 2024-cü ilin sonunadək ABŞ-da bərpa olunan dizel yanacağının istehsalı təxminən 6 dəfə artacaq. Bu, dünyada ərzaq çatışmazlığının və işsizliyin bir qədər də artmasına səbəb olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR