İşğaldan azad olunan ərazilərdə əkin üçün 2 min hektardan çox yer ayrılıb - CƏDVƏL

İşğaldan azad olunan ərazilərdə əkin üçün 2 min hektardan çox yer ayrılıb - CƏDVƏL
# 20 oktyabr 2021 18:04 (UTC +04:00)

Bu günə olan məlumata görə, Azərbaycanın işğaldan azad olunan rayonlarında (Cəbrayıl, Qubadlı, Ağdam, Zəngilan, Fizuli, Tərtər, Xocavənd və Laçın) çoxillik əkmələr üçün 2 041,8 hektar ərazi ayrılıb.

Bunu "APA-Economics"ə Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Protokol sektorunun müdiri Toğrul Qafarbəyli deyib.

Onun sözlərinə görə, qeyd olunan rayonlarda ayrılan ərazilərin 127 477 hektarı əkinlərə yararlı sahələr kimi müəyyən olunub: "Ərazilərin əksəriyyəti minalardan təmizlənməlidir, ondan sonra əkin proseslərinə başlanacaq".

Çoxillik əkmələr və əkin üzrə müəyyən olunan sahələr:

Rayon

Çoxillik əkmələr (ha)

Əkin sahələri (ha)

Cəbrayıl

425,72

22 559

Qubadlı

186,74

14 148

Ağdam

779,32

32 061

Zəngilan

80,72

9 140

Fizuli

56,173

23 669

Tərtər

-

11 400

Xocavənd

513,13

9 300

Laçın

-

5 200

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR