Bu günə olan məlumata görə, Azərbaycanın işğaldan azad olunan rayonlarında (Cəbrayıl, Qubadlı, Ağdam, Zəngilan, Fizuli, Tərtər, Xocavənd və Laçın) çoxillik əkmələr üçün 2 041,8 hektar ərazi ayrılıb.
Bunu "APA-Economics"ə Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Protokol sektorunun müdiri Toğrul Qafarbəyli deyib.
Onun sözlərinə görə, qeyd olunan rayonlarda ayrılan ərazilərin 127 477 hektarı əkinlərə yararlı sahələr kimi müəyyən olunub: "Ərazilərin əksəriyyəti minalardan təmizlənməlidir, ondan sonra əkin proseslərinə başlanacaq".
Çoxillik əkmələr və əkin üzrə müəyyən olunan sahələr:
Rayon |
Çoxillik əkmələr (ha) |
Əkin sahələri (ha) |
Cəbrayıl |
425,72 |
22 559 |
Qubadlı |
186,74 |
14 148 |
Ağdam |
779,32 |
32 061 |
Zəngilan |
80,72 |
9 140 |
Fizuli |
56,173 |
23 669 |
Tərtər |
- |
11 400 |
Xocavənd |
513,13 |
9 300 |
Laçın |
- |
5 200 |