İsrail Azərbaycanla aqrar sahədə əməkdaşlıqda maraqlıdır

İsrail Azərbaycanla aqrar sahədə əməkdaşlıqda maraqlıdır
# 16 noyabr 2021 10:34 (UTC +04:00)

İsrail Azərbaycanla aqrar sahədə mütəxəssis hazırlığı, təcrübə mübadiləsi, müasir texnologiyaların transferi, aqrar tədqiqatlar sahəsində əməkdaşlıqda maraqlıdır.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bunu İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer Tel-Əvivdə keçirilən İsrail-Azərbaycan Kənd Təsərrüfatı Biznes Forumunda çıxış edərkən deyib.

O, Azərbaycanla əlaqələrin yüksək səviyyədə olduğunu, qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialın mövcudluğunu qeyd edib. Ölkəsinin Azərbaycanla bir çox sahələrdə əməkdaşlıq etdiyini deyən nazir xüsusilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi imkanlarının mövcud olduğunu bildirib.

“Əməkdaşlığın inkişaf etdirilməsində ən böyük rollardan biri biznes qurumların üzərinə düşür və kənd təsərrüfatı üzrə ixtisaslaşmış şirkətlərin əməkdaşlığı yekun nəticədə ölkələrin aqrar sahədə əməkdaşlıq imkanlarını genişləndirir. Azərbaycanla İsrail qarşılıqlı ticarət dövriyyəsini artırmağa çalışmalıdır. Bu sahədə əsas məsuliyyət həm də böyük şirkətlərin üzərinə düşür. Ümidvaram ki, biznes forum çərçivəsində İsrail və Azərbaycandan olan iş adamlarının keçirəcəyi təkbətək görüşlər, aparacaqları fikir mübadiləsi yekunda iki ölkə arasında əməkdaşlığın daha da inkişafına müsbət təsir göstərəcək”, - deyə O. Forer əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR