Qida təhlükəsizliyinin təmin edilməsinə dair qanun layihəsi hazırlanıb

Qida təhlükəsizliyinin təmin edilməsinə dair qanun layihəsi hazırlanıb
# 02 dekabr 2021 13:04 (UTC +04:00)

Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair qanun layihəsi hazırlanıb, sənəd yaxın zamanlarda Milli Məclisə təqdim olunacaq.

"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"nın 2020-ci il üzrə nəticələri ilə bağlı monitorinq və qiymətləndirmə hesabatına dair keçirilən mətbuat konfransında çıxış edərkən AQTA-nın aparat rəhbəri Elxan Mikayılov deyib.

Onun sözlərinə görə, qanun layihəsi artıq bütün proseslərdən keçib və onun qəbulu Dövlət Proqramının bu məqsədinin icrasına bilavasitə təsir edəcək.

"Dövlət Proqramında həmçinin, bitki sağlamlığı məsələləri əks olunub. Heyvan sağlamlığı ilə bağlı isə hazırda Agentlikdə beynəlxalq təşkilatların dəstəyi ilə "Baytarlıq nəzarəti haqqında" Qanunun yeni redaksiyası hazırlanır. Eyni zamanda, ilk dəfə olaraq qeyd edim ki, ölkədə "Bitki sağlamlığı haqqında" Qanunun yeni redaksiyası Avropa İttifaqının dəstəyi ilə artıq başa çatdırılıb. Bu, hər üç qanunun qəbulu Azərbaycanda hüquqi bazanın beynəlxalq standartlara uyğunlaşdırılma prosesini başa çatdırmalı olacaq və nəticədə Azərbaycan məhsullarının inkişaf etmiş bazarlara ixrac edilməsinə imkan yaranacaq. Məhz bunun üçün ilk növbədə, hüquqi baza, yəni sahibkarlıq subyektlərinə qoyulan tələblər beynəlxalq tələblərlə harmonizasiya təşkil etməlidir", - deyə E. Mikayılov qeyd edib.

O həmçinin əlavə edib ki, dolayısı ilə Azərbaycanda istehsal olunan hər hansı məhsula tələblər qoyulursa, idxalçı ölkələrdə də həmin tələblər olmalıdır ki, bu da Ümumdünya Ticarət Təşkilatında üzvlük prosesi üçün də vacib şərtlərdən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR