“Büdcə sistemi haqqında qanunun 21-ci maddəsinə əsasən, Milli Məclis və Hesablama Palatası büdcə zərfinin icrasına nəzarəti həyata keçirməlidir. Amma faktiki olaraq Milli Məclisin belə səlahiyyəti yoxdur”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, beynəlxalq maliyyə institutları büdcə proqnozlarında kənarlaşmaların olmamasını əsas amillərdən biri hesab edirlər: “Bizim büdcədə bu qədər fərqin olması başa düşülən deyil. Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların artıq proqnozlaşdırılacağı göstərilir. Burada sözsüz ki, kölgə iqtisadiyyatına qarşı mübarizə, şəffaflıq tədbirləri öz rolunu oynayır. Amma fərqin bu qədər artıq olması anlaşılan deyil. Digər tərəfdən, dövlət borcu ilə bağlı məsələyə də diqqət çəkmək lazımdır. Daxili dövlət borcları ilə bağlı ödəniş 232 milyondan çoxdur. Xarici dövlət borclarını başa düşmək olar. Daxildə isə borclanmanı qiymətli kağızlar bazarına töhfə verəcəyi ilə əlaqələndirmək nəticə verə bilməz. Dövlət müəssisələrindən vergi daxilolmalarının miqdarı çox azdır. Necə olur ki, özəl müəssisələrdən daxilolmalar çox olur, amma dövlət müəssisələrindən daxilolmalar az olur? Ona görə də düşünürəm ki, bu qurumlar özəlləşdirilməlidir. Bu islahatlar dərinləşdirilməlidir. Böyük islahatlara ehtiyac var. Mütləq böyük özəlləşdirməyə getmək lazımdır ki, iqtisadiyyatda rəqabət mühiti güclənsin”.
Qüdrət Həsənquliyev dövlət müəssisələrinin özəlləşdirilməsini təklif edib
© APA | Qüdrət Həsənquliyev, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini
10 noyabr 2021 13:06 (UTC +04:00)
Aqrar-sənaye kompleksi
Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb
11:30
24 aprel 2024
Azad edilmiş rayonlarda ət və süd istehsalının həcmi açıqlanıb - SİYAHI
10:53
24 aprel 2024
Tütün məmulatının idxalı və istehsalı sahəsində sahibkarların reyestri aparılacaq, icazə sistemi tətbiq olunacaq
12:53
23 aprel 2024
Alkoqollu içkilərin idxalı və istehsalı sahəsində yeni şərtlər müəyyənləşdirilir
12:52
23 aprel 2024