Rusiya buğdanın ixrac rüsumunu artırır

Rusiya buğdanın ixrac rüsumunu artırır
# 11 iyun 2021 12:55 (UTC +04:00)

İyunun 17-dən etibarən Rusiya buğdasının ixrac rüsumu 1 tonu üçün 33,3 ABŞ dollarına artırılacaq. Əvvəllər rüsum 29,4 dollar təşkil edirdi.

"APA-Economics"in "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.

Arpa üzrə rüsum dəyişməz qalacaq – 39,6 dollar. Qarğıdalı rüsumu ton üçün 50 dollardan 48,2 dollara qədər azaldılıb. Yeni rüsum dərəcələri 22 iyun tarixinədək tətbiq edilib.

Buğdan rüsumu ixrac qiyməti ilə 200 dollar arasındakı fərqin 70%-ni təşkil edir. Eyni formul arpa və qarğıdalı üçün də tətbiq olunur, lakin baza qiyməti ton üçün 185 dollar götürülür. Rusiyada taxıl ixracında üzən rüsum mexanizmi aprel ayından etibarən tətbiq olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR