Rusiya ilə Azərbaycan pestisid və aqrokimyəvi maddələrə nəzarət prosedurunu müzakirə ediblər

Rusiya ilə Azərbaycan pestisid və aqrokimyəvi maddələrə nəzarət prosedurunu müzakirə ediblər
# 01 iyul 2021 10:35 (UTC +04:00)

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor”) Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi və bunların ikitərəfli ticarətə təsiri üzərində dövlət nəzarətini həyata keçirəcəyini və qüvvəyə minmiş Rusiya qanunvericiliyinə edilən dəyişiklikləri müzakirə ediblər.
APA-Economics” “Rosselxoznadzor”un yaydığı məlumata istinadən xəbər verir ki, AQTA-ya Rusiyaya gətirilən pestisidlərə və aqrokimyəvi maddələrə nəzarət proseduru izah edilib.
Bundan əlavə, xüsusən bitkiçilik məhsullarının istehsalı yerlərinin yoxlanılmasını təmin edən pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi sahəsində əməkdaşlıq haqqında dövlətlərarası saziş layihəsi üzərində işləmək barədə razılığa gəlindi. Söhbət pestisidlərin və aqrokimyəvi maddələrin istifadəsi üçün məcburi tələblərə uyğunluğun yoxlanılmasından gedir.
Sənədin mətni işçi qaydada razılaşdırılacaq.
Bununla yanaşı, “Rosselxoznadzor” Azərbaycan tərəfinə Rusiyaya tədarük üçün bitki mənşəli məhsul istehsal edən müəssisələrin bitki mühafizəsi sistemi ilə bağlı sualların siyahısını təqdim edəcək. Tərəflər pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi barədə məlumat mübadiləsini davam etdirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR