Rusiyada qarabaşaq və yulaf noyabrda 20%-dək bahalaşacaq

Rusiyada qarabaşaq və yulaf noyabrda 20%-dək bahalaşacaq
# 25 oktyabr 2021 11:43 (UTC +04:00)

Rusiyanın yarma istehsalçıları pərakəndə satış şəbəkələrinə noyabrda qarabaşaq, yulaf və lopa halına salınmış bəzi dənli bitkilərin qiymətlərini 10-20% artırmaq planları barədə xəbərdarlıq ediblər.

"APA-Economics"in məlumatına görə, bu barədə "Kommersant" yazır.

Qiymət artımının səbəbi kimi xammal və qablaşdırmanın bahalaşmasını göstərilir. Qarabaşağın qiymət artımı isə Altay diyarında məhsul yığımı ilə bağlı problemlərlə bağlıdır.

Ekspertlər yeni məhsulun bazara çıxması ilə qiymətlərin sabitləşəcəyini gözləyirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR