Rusiyadan Azərbaycana bu il 16 min tonadək süd məhsulları tədarük edilib

Rusiyadan Azərbaycana bu il 16 min tonadək süd məhsulları tədarük edilib
# 30 avqust 2021 09:49 (UTC +04:00)

Bu ilin əvvəlindən Rusiyadan Azərbaycana 15,7 min ton süd və süd məhsulları ixrac edilib.

"APA-Economics" Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin yerli idarəsinin ("Rosselxoznadzor”) yaydığı məlumata istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycan bu məhsul kateqoriyasının idxalçıları arasında Ukrayna və Qazaxıstandan sonra üçüncü yerdə qərarlaşıb.

"Rosselxoznadzor"un məlumatına görə, ilin əvvəlindən Ukraynaya 31,6 min ton, Qazaxıstana 28,8 min ton, Azərbaycana 15,7 min ton, Belarusa 10,9 min ton, Özbəkistana isə 3,8 min ton süd və süd məhsulları tədarük edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR