Sara Maykl: "Dünya Bankının layihəsindən yararlanan aqrobizneslərin istehsalı 45% artıb"

Sara Maykl

© APA | Sara Maykl

# 31 avqust 2021 12:20 (UTC +04:00)

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi "Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi" layihəsi çərçivəsində 20-yə yaxın məhsuldar tərəfdaşlıq qurulub və 130-dan çox aqrobiznesə maliyyə yardımı göstərilib.

"APA-Economics"in məlumatına görə, bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl (Sarah Michael) özəl baytarlığa həsr olunmuş tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, layihə çərçivəsində 3 minə yaxın yeni iş yeri yaradılıb: "Layihədən yararlanan aqrobizneslərin istehsalında 45%-lik artım qeydə alınıb ki, bu da layihənin əvvəlində qoyulan məqsədlərdən bir idi".

Qeyd edək ki, "Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi" layihəsinin ümumi dəyəri 53,25 mln. ABŞ dollarıdır və 34,5 mln. dollar Dünya Bankının öhdəliyindədir. 2021-ci ilin iyulun 30-u tarixinə vəsaitin 31,52 mln. dolları artıq ölkə tərəfindən mənimsənib. Layihənin bağlanma tarixi 2021-ci ilin dekabrın 31-idir.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür və indiyədək bank Azərbaycana 70-dən çox layihə üzrə 4,4 mlrd. dollar məbləğində vəsaitin ayırmasını öz öhdəliyinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR