Stavropol vilayəti Azərbaycana arpa tədarükünə başlayıb

Stavropol vilayəti Azərbaycana arpa tədarükünə başlayıb
# 25 avqust 2021 15:21 (UTC +04:00)

Rusiyanın Stavropol vilayəti Azərbaycan və İrana arpa tədarükünə başlayıb.

APA-Economics”in vilayətin Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata istinadən verdiyi xəbərə görə, son iki ay ərzində bu ölkələrə ümumilikdə 20 min ton taxıl tədarük edilib.

Stavropollu əkinçilər taxıl satışı üçün marketinq ilini açıq elan ediblər və iyulun 1-dən etibarən vilayət ərazisindən 358 min ton taxıl məhsulları ixrac edilib. Taxıl bitkiləri həm daxili bazara tədarük edilir, həm də xaricə ixrac olunur.

Ənənəvi olaraq taxıl məhsullarının ixracında əsas göstəricilər buğda və meslinin payına düşür. Bundan əlavə, qarğıdalı və arpaya da tələbat mövcuddur.

2020-2021 marketinq ili üçün "Kənd təsərrüfatı məhsullarının ixracı (Stavropol vilayəti)” regional layihə çərçivəsində, taxıl ixracı üzrə vilayətin xarici iqtisadi tərəfdaşlarının sayı artıb. Bu siyahıya bir sıra ölkələrlə yanaşı Banqladeş, Konqo və Malayziya da daxil olub. Məhsulların əsas alıcıları isə Azərbaycan, Gürcüstan və Ermənistandır. Bu dövrdə Stavropol vilayətindən ümumilikdə 4 mln. ton taxıl məhsulları satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR