Stavropoldan Azərbaycana yağ və pendir məhsulları ixrac ediləcək

Stavropoldan Azərbaycana yağ və pendir məhsulları ixrac ediləcək
# 25 avqust 2021 15:44 (UTC +04:00)

Rusiyanın Stavropol vilayəti Azərbaycana və Qazaxıstana pendir, dondurma və kərə yağlarının ixracına başlayacaq.

APA-Economcis” Stavropolun Qida və Emal Sənayesi Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, hazırda qeyd olunan məhsullar Gürcüstana və Ermənistana ixrac edilir.

Bu ilin ilk altı ayında idxalçı ölkələr Stavropol süd istehsalçılarından 127,6 min ABŞ dolları məbləğində 101 ton hazır məhsul alıblar.

Ümumilikdə, bu ilin yanvar-iyul aylarında Stavropol vilayətinin müəssisələri tərəfindən 2,3 min ton pendir (illik müqayisədə 18,4% daha çox), 16,9 min ton (+17,8%) fermentləşdirilmiş süd məhsulları, 6 min ton dondurma (+9,8%), 5,2 min ton kərə yağı və kərə yağı pastaları (+8,6%), həmçinin 67,8 min ton (+2,1%) içməli süd istehsal edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR