Un istehsalı ilə məşğul olan şəxslərə satılan una görə subsidiya verilməsi müddət uzadılıb - VİDEO

Un istehsalı ilə məşğul olan şəxslərə satılan una görə subsidiya verilməsi müddət uzadılıb - VİDEO
# 10 sentyabr 2021 20:50 (UTC +04:00)

Un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə 35 manat məbləğində subsidiya verilməsi müddəti uzadılıb.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 16 fevral tarixli qərarına müvafiq dəyişiklik edib.

Qüvvədə olan qərara əsasən, Un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə 2021-ci il fevralın 1-dən mayın 1-dək olan dövrdə 35 manat məbləğində subsidiya verilməli idi. Dəyişikliyə əsasən, bu müddət sentyabrın 1-dək uzadılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR