“İnterpol”un sabiq rəhbəri 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

“İnterpol”un sabiq rəhbəri 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
# 21 yanvar 2020 11:23 (UTC +04:00)

Rüşvət almaqda ittiham olunan “İnterpol”un sabiq rəhbəri Men Xunveya Çində məhkəmənin qərarı ilə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

APA-nın xəbərinə görə, bu barədə Çinin Mərkəzi televiziyası məlumat yayıb.

Qərardan apelyasiya şikayəti verilməyib.

Qeyd edək ki, 2018-ci il sentyabrın 29-dan sonra Çində olan M. Xunveya ilə əlaqə kəsilib və Fransa hüquq-mühafizə orqanları araşdırmalara başlayıblar. Çin hakimiyyəti isə bəyan edib ki, M. Xunveya rüşvət almaqda şübhəli sayıldığı üçün saxlanılıb. M. Xunveya ötən il iyunun 20-də məhkəmədə 2 milyon dollar rüşvət aldığını etiraf edib. “İnterpol”un sabiq rəhbərinin həyat yoldaşı və iki övladı mayın 2-də Fransada siyasi sığınacaq alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR