"Taliban" ABŞ-la danışıqları bərpa etməyə hazır olduğunu açıqlayıb

"Taliban" ABŞ-la danışıqları bərpa etməyə hazır olduğunu açıqlayıb
# 29 noyabr 2019 11:09 (UTC +04:00)

"Taliban" hərəkatı ABŞ-la sülh danışıqlarını bərpa etməyə hazır olduğunu bəyan edib.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə "Taliban" hərəkatının sözçüsü Zabihullah Mücahid deyib.

"Bizim mövqeyimiz dəyişməzdir. Əgər sülh danışıqları başlasa, qaldığı yerdən davam edəcək", - deyə, Z. Mücahid bildirib.

"Taliban" liderləri ötən həftənin sonundan bəri Dohada ABŞ rəsmiləri ilə bir neçə görüş keçiriblər və onlar sülh danışıqlarının bərpasını müzakirə ediblər.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp noyabrın 28-də Əfqanıstana gözlənilməz səfər edib. O, səfəri çərçivəsində Əfqanıstan Prezidenti Əşrəf Qani ilə görüşüb. D. Tramp əfqan həmkarı ilə görüşdən sonra ölkədə yerləşən ABŞ qoşunlarına baş çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR