ABŞ Bəşər Əsədin həyat yoldaşı və bacısına sanksiya tətbiq edib

#
# 19:33
17 iyun 2020

ABŞ-da 14 nəfər barəsində sanksiya tətbiq edilib. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, onların arasında Suriya Prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd və bacısı Büşra Əsəd də var.

Bundan başqa, 21 təşkilata sanksiya tətbiq edilməsi haqqında qərar verilib. 

Sanksiyaların bəziləri “atəşkəs rejiminə əməl edilməməsinə, pozulmasına və ya Suriya münaqişəsinin siyasi yolla həll edilməsinə mane yaradılmasına”, habelə “Suriya hakimiyyətinin dəstəklənməsi”nə görə tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR