ABŞ Yəməndə "Əl-Qaidə"nin liderini məhv edib

ABŞ Yəməndə "Əl-Qaidə"nin liderini məhv edib
# 07 fevral 2020 05:56 (UTC +04:00)

ABŞ Yəməndə keçirilmiş əməliyyat zamanı Ərəbistan yarımadasında “Əl-Qaidə” terror qruplaşmasının lideri Qasım ər-Raimi məhv edib.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

“Prezident Donald Trampın göstərişi ilə ABŞ Yəməndə antiterror əməliyyatı keçirib. Bunun nəticəsində Ərəbistan yarımadasında “Əl-Qaidə” terror qruplaşmasının qurucusu və lideri, “Əl-Qaidə” liderinin müavini Qasım ər-Raimi də məhv edildi. Ayman əl-Zavahiri Ər-Raimi 1990-cı illərdə “Əl-Qaidə”yə qoşulub, Əfqanıstanda Üsamə bin Ladenlə birgə çalışıb”, - deyə məlumatda deyilir.

Mətbuat xidmətindən verilən məlumata qeyd olunub ki, ər-Raiminin öldürülmsi AKAP və “əl-Qaidə”nin ümumilikdə zəifləməsinə səbəb olacaq.

Ağ Ev əməliyyatın nə vaxt keçirildiyi barədə məlumat vermir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR