ABŞ-ın Bağdaddakı səfirliyi və hərbi koalisiyanın bazası atəşə tutulub - YENİLƏNİB

ABŞ-ın Bağdaddakı səfirliyi və hərbi koalisiyanın bazası atəşə tutulub - YENİLƏNİB
# 16 fevral 2020 09:31 (UTC +04:00)

ABŞ-ın Bağdaddakı səfirliyi raket atəşinə tutulub.

APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bir neçə raket səfirlik binasının yaxınlığına düşüb.

Dağıntı və tələfat barədə məlumat verilmir.

“Reuters” agentliyi isə raket zərbələrinin hədəfinin ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı beynəlxalq koalisiyanın bazası olduğu barədə xəbər yayıb. Baza ABŞ səfirliyi yaxınlığında yerləşir.

***

saat 07.28

ABŞ-ın İraqdakı səfirliyinin yaxınlığına raketlər zərbələri endirilib.

APA xəbər verir ki, bu barədə “Frans Press” ABŞ hərbi mənbələrinə istinadən məlumat yayıb.

Hücum zamanı diplomatik nümayəndəliyin ərazisində dərhal həyacan siqnalı səsləndirilib.

Əl-Ərəbiyyə telekanalı raketlərin “yaşıl zona”ya düşdüyünü bildirib.

Atılan raketlərin sayı və konkret olaraq hansı hədəflərə istiqamətlənməsi barədə əlavə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR