ABŞ-ın Əfqanıstandakı səfirinə sui-qəsd planlaşdıran İŞİD terrorçusu tutulub

ABŞ-ın Əfqanıstandakı səfirinə sui-qəsd planlaşdıran İŞİD terrorçusu tutulub
# 12 yanvar 2021 17:52 (UTC +04:00)

ABŞ-ın Əfqanıstandakı səfirinə sui-qəsd planlaşdıran İŞİD terrorçusu tutulub.

APA-nın xəbərinə görə, bu barədə “Pajhwok” agentliyi məlumat yayıb.

Əbdül Vahid adlı terrorçu və onun üç cinayət ortağı ölkənin şərqində Nanqarxar vilayətində Əfqanıstanın Milli təhlükəsizlik direktoratlığının əməkdaşları tərəfindən tutulub.

Bildirilib ki, Əbdül Vahid ABŞ-ın Əfqanıstandakı səfirini və hökumətdəki bir neçə yüksək vəzifəli məmuru qətlə yetirməyə hazırlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR