Abbas Musəvi: “ABŞ rəsmilərinin İranın neft tankerləri ilə bağlı iddiaları qanunsuzdur”

Abbas Musəvi: “ABŞ rəsmilərinin İranın neft tankerləri ilə bağlı iddiaları qanunsuzdur”
# 18 may 2020 13:16 (UTC +04:00)

“Əgər ABŞ neft tankerlərimizlə bağlı hər hansı bir addım atarsa, İran buna reaksiya verəcək”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Abbas Musəvi mətbuat konfransında deyib.

O bildirib ki, dövlətlər arasında azad ticarət təbii və qanuni bir haqdır.

“Trampın Amerikası” hazırda dünya nizamını pozmaqdadır. ABŞ rəsmilərinin İranın neft tankerləri ilə bağlı iddiaları qanunsuzdur. Əgər ABŞ neft tankerlərimizlə bağlı hər hansı bir addım atarsa, İran buna reaksiya verəcək”, - deyə İran XİN rəsmisi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR