Abbas Musəvi: “İran və ABŞ arasında daha çox məhbusun mübadiləsi həyata keçirilə bilər”

Abbas Musəvi: “İran və ABŞ arasında daha çox məhbusun mübadiləsi həyata keçirilə bilər”
# 11 iyun 2020 12:17 (UTC +04:00)

“İran və ABŞ arasında daha çox məhbusun mübadiləsi həyata keçirilə bilər”.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Abbas Musəvi deyib.

“Biz öncədən də elan etmişik ki, ABŞ-da müxtəlif bəhanələrlə saxlanılan iranlıları azad edib, ölkəyə qaytarmağa hazırıq. İranda təhlükəsizik sahəsində cinayət törətmiş və cinayətləri sübuta yetirilmiş bir neçə ABŞ vətəndaşı var. Bəzi ölkələr, o cümlədən İsveçrə səfirliyinin vasitəsilə bu şəxslərin azad olunması ilə bağlı müraciətlər olub”, - deyə XİN rəsmisi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR